Vulkan gölü
Vulkan gölü — sönmüş vulkan kraterində, soyumuş lavaların çökəkliklərində yerləşən göl. Cənubi Qafqazda,Kamçatkada, İslandiyada, İtaliyada, Yaponiyada yayılmışdır.
== Azərbaycanda vulkanlar ==
Azərbaycan təbii ehtiyatlar və vulkanlar ölkəsdir. Azərbaycanın ərazisi palçıq vulkanlarının geniş intişar tapdığı unikal regiondur. Planetimizdə mövcud olan 850 — yə yaxın palçıq vulkanlarının 300-dən çoxu başlıca olaraq Şərqi Azərbaycan ərazisində — Abşeron yarımadasında, Şamaxı — Qobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı arxipelağında yerləşir. Həm say etibarilə, həm də bəzi xüsusiyyətlərinə (onların çoxçeşidli olması və əksəriyyətinin aktiv fəaliyyət göstərməsi) görə Azərbaycanın palçıq vulkanları digər ölkələrinkindən fərqlənir və forma müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif morfologiyalı (konusvari, günbəzvari, laylavari) vulkanlar mövcuddur. Yerüstü (kontinental), aktiv fəaliyyətdə olan, sönmüş, 150—250 ildən artıq fəaliyyətdə olmayan gömülmüş (qazıntı), dəniz (sualtı, ada) və çox sayda neft çıxaran vulkanlar qeydə alınmışdır. Gömülmüş vulkanlar qazılan quyularla açılmış, aerokosmik şəkillərin deşifrə üsulu ilə aşkar edilmişdir. Morfoloji cəhətdən palçıq vulkanlarının nisbi hündürlüyü 10 m—dən 400 m—dək kəsik konus şəklində olub və xarici görünüşünə görə maqmatik vulkanları xatırladır.